Olay
Olay

“47 baş rolda oynamışam!” - Zarina

“47 baş rolda oynamışam!” - Zarina

Aktrisa Zarina Qurbanova OLAY-ın suallarını cavablandırıb.

“Xənnas” filminin qala gecəsində kameramız qarşısına keçən sənətçi layihələrində özünü bəyənmədiyini bildirib:

“Öz oynadığım işlərin heç birini bəyənməmişəm. Hər dəfə deyirəm ki, o deyil. Özümə qarşı da eləyəm. Arıqlayıram, kökəlirəm, yenə də o Zarinanı tuta bilmirəm. Məqsədyönlüyəm, özümü çox sevirəm. Sadəcə özümlə heç vaxt razılığa gələ bilmirəm, kifayətlənmirəm. Bu, məni həm yorur, həm də inkişada sövq edir. Yaxşı ki, özümü bəyənmirəm. Bəyənmək kifayətlənməkdir. Kifayətlənmək isə inkişafdan qalmaq deməkdir. Necə ki, rəqabət olmayanda insanlar inkişafdan qalır. Rəqabət həmişə olmalıdır. İnsan özünü heç vaxt bəyənməməlidir”.

Qurbanova bildirib ki, indiyədək 47 layihədə baş rolda oynayıb:

“Bilmirəm necə deyim ki, böyük çıxmasın, amma baş rolda oynadığım 47 layihəm var. Yəni, bu, Azərbaycanda aktrisa böyük üçün uğurdur. Heç vaxt özümdən böyük danışmıram, heç kimlə qalmaqal etmirəm. Fərqliliyim ondadır ki, işimlə gündəmdə qalıram və indiyədək heç bir qalmaqalda adım səslənməyib”.

Zarina yeni layihəsi barədə də ilk dəfə OLAY-a danışıb:

“Xarici ölkədə çox böyük bir layihə olacaq və orada Azərbaycanı təmsil edəcəyik. Özü də əcnəbi aktyorla baş rolda oynayacağam”.

Aktyorla arasında eşq dedi-qodularının çıxmayacağından əmin olan aktrisa onun homoseksual olmasına eyham vurub:

“Araşdırmışam həmin aktyor “o” deyil. Ondan rahatam. İnşallah ki, işimdən, oyunumdan danışarlar”.

Kəmalə Bədəlova

Video/Foto: Hüseyn Həsənov