Olay
Olay

Murad Arifdən Təhsil Nazirliyinə müraciət

Murad Arifdən Təhsil Nazirliyinə müraciət

“Fransada məktəblərdə qısnama (bullinq) cinayət sayılacaq. Qanun üç ilə qədər həbs cəzası və 45 min avroya qədər cərimə nəzərdə tutur. Qısnama qurbanı özünü öldürərsə, cəza 10 ilə qədər, cərimə isə 150 min avroya qədər artırıla bilər. Məktəbdəki mühitə cavabdeh direktor, sinif rəhbəri, məktəb psixoloqları və valideynləri məsuliyyətə cəlb etməyincə, sağlam mühit yaranmayacaq...”.

OLAY yazır ki, bu sözləri bəstəkar-müğənni Murad Arif sosial media hesabında yazıb. O, oxşar qaydaların tətbiq edilməsi üçün Təhsil Nazirliyinə müraciət edib:

“Hörmətli Azərbaycan Respublikası Təhsil Nazirliyi , bu istiqamətdə təkliflərinizi, tədbirlərinizi görmək istəyərdik. Çünki Azərbaycanda, Bakıda, lap elə özəl məktəblərdə müdirlərə “təzyiq” edə bilən, “krutoy” dədələrin tərbiyəsiz balaları haqda söhbətlər az deyil. Təkəmseyrək şəkildə fərdi uşaq psixoloqlarından belə özbaşınalıqlar haqqında maraqlana, sırf bullinq, qısnama, təkləmə, bezikdirmə, sataşma halları üçün “qaynar xətt” yarada bilərsiniz.

Gələcəyimiz “əzik” olmasın!”.