Olay
Olay

Zülfiyyə Xanbabayevanın qızı NASA-nın müsabiqəsində!

Zülfiyyə Xanbabayevanın qızı NASA-nın müsabiqəsində!

Xalq artisti Zülfiyyə Xanbabayeva qızı Dənizin uğurundan yazıb.

OLAY yazır ki, bununla bağlı sənətçi instaqramda paylaşım edib. O bildirib ki, övladının da yer aldığı komanda ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) müsabiqəsində mükafata layiq görülüb:

“Bütün komandanı və komandanın üzvü olan Dənizini təbrik edirəm. ABŞ-də NASA-nın “FIRST Robotics Competition” (FRC) müsabiqəsində bu il ilk dəfə Azərbaycandan tələbələr iştirak ediblər. Birinci dəfədən mükafata layiq görülüb, Texas ştatının Hyuston şəhərində keçiriləcək finala vəsiqə qazanıblar. Uşaqlar, yolunuz açıq olsun!”.