Olay
Olay

Yeni Bihter, Behlül və Adnandan ilk foto

Yeni Bihter, Behlül və Adnandan ilk foto

“Aşkı memnu”nun yeni versiyası “Bihter” filminin baş rollarından birlikdə ilk foto yayımlanıb.

OLAY yazır ki, türk mediasının iddiasına görə, tarixi janrda çəkiləcək layihədə yer alan Boran Kuzum – Behlül, Osman Sonant – Adnan və Bihter – Farah Zeynep Abdullahın şəkili sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, ekran işi “Netflix”də yayımlanacaq. Hande Ataizi – Firdevs, Helin Kandemir – Nihal, Ebru Özkan – Matmazel, Nezaket Erden – peyker, Mertcan Tekin – Nihat, Mert İnce – Bülent, Lorin Menhart isə Beşir obrazına həyat verəcək.

Onu da bildirək ki, 2008-2010-cu illərdə izlənmə rekordları qıran serialda Behlül obrazına Kıvanç Tatlıtuğ həyat vermişdi.

“Aşkı Memnu” Halit Ziya Uşaklıgilin əsəridir. Əsərin ilk versiyası 1899-cu ildə “Servet-i Fünûn” dərgisində, daha sonra isə 1901-ci ildə kitab formasında təqdim olunub.

Serialın ilk versiyası isə 1975-ci ildə çəkilib. 1 sezon yayımlanan ekran işi 6 bölümdən ibarət olub. Həmin serialda Behlül obrazını isə Salih Güney canlandırıb.