Olay
Olay

“Komedixana”nın ulduzunun əsl adı belə imiş...

“Komedixana”nın ulduzunun əsl adı belə imiş...

“Komedixana” layihəsi ilə populyarlaşan aktrisa Zarina Qurbanova özü barədə maraqlı açıqlama verib.

OLAY yazır ki, sənətçi bu barədə “Gül kimi şou”da danışıb. O, aparıcı Cavid Gülün “İnstaqramda təsdiq işarən əlindən niyə alınıb” sualını belə cavablandırıb:

“Mən aldım, daha sonra instaqram onu məndən geri aldı. Çox adam bilmir, amma mənim əsl adım Zinyətdir, sadəcə qardaşım mənə uşaqlıqdan o qədər “Zindulla” demişdi ki, artıq adıma qarşı travmam var idi. Universitetə daxil olduqdan sonra isə qardaşım deyirdi ki, gəlib hamını öyrədəcəm ki, sənə “Zindulla” desinlər və buna görə də, artıq özümə Zarina adını ləqəb seçdim.  Elə o adla da instaqramda təsdiq işarəsi aldım lakin sonra mənə məktub gəldi ki, bu, sənin əsl adın deyil, saxtakarlıq edirsən. Ona görə də məndən həmin işarəni geri aldılar”.