Olay
Olay

“Aygün və Röyadan sonra mənəm”

“Aygün və Röyadan sonra mənəm”

Gənc müğənni Hiss Xalq artistləri Aygün Kazımova və Röya Ayxandan sonra şou-biznesdə üçüncü şəxs olduğunu açıqlayıb.  

OLAY yazır ki, o, bu barədə “Gül kimi şou” proqramında qonaq olarkən danışıb:

“Mənim bütün müğənnilərlə aram əladır. Aygün Kazımova və Röya Ayxandan sonra hiss edirəm ki, mənəm. Bunu daşımağa sonsuz gücüm var”. 

Bundan əlavə, ifaçı açıq-saçıq geyimləri ilə gündəmdən düşməyən sənətçilərə də ismarıc yollayıb:

“Daxili boş olan insanlar açıq-saçıq geyinir. Yanıla da bilərəm. Bu, sadəcə mənim subyektiv fikrimdir. Ortaya qoymağa içlərində bir şey yoxdur. Ona görə də, fiziki bir şey axtarırlar”.