Olay
Olay

“Aile” serialı haqda bilmədiklərimiz...

“Aile” serialı haqda bilmədiklərimiz...

Kıvanç Tatlıtuğ və Serenay Sarıkayanın baş rolda olduğu “Aile” serialı istər aktyorları, istərsə də ssenarisi ilə diqqət çəkir.

OLAY yazır ki, Azərbaycanda da kifayət qədər populyar olan sözügedən ekran işiylə bağlı maraqlı 12 detal açıqlanıb:

Birincisi, Kıvançın oynadığı Aslan Soykan obrazının əkizlər bürcü olmağı...

Devin Aslandan bürcünü soruşanda o, əkizlər bürcü olduğunu söyləyir. Astrologiya ilə maraqlanmadığını söyləyən Aslana Devin “Eyvah” deyə reaksiya verib. Devin sevgilisinin bürcünü “çox pis deyil, sizdən əvvəl bir şeytan var” deyə ələ salır.

Aslan Soykanın ən sevdiyi yemək: “Vardabit”.

Hülya Soykanın heyran olduğu oğlu Aslanın ən sevdiyi yeməyi bişirdiyi səhnə olduqca diqqət çəkib. Bu yemək Adana və Mersin mətbəxində məşhur olan “Vardabit” məzəsidir.

Hər kəsin maraqlandığı “Restaurant Volta”.

Aslan Soykanın sahibi olduğu restoran izləyicilərin marağına səbəb olub. Bu gözəl məkandakı səhnələr Sirkeci adlanan ərazidəki “Olden 1772” restoranında çəkilir.

Kıvançın yeni dişləri sosial şəbəkə istifadəçilərini iki yerə bölüb.

Kıvanç Tatlıtuğun serialdan əvvəl dişlərini düzəltdirməsi xəbəri mediada yayılmışdı. Kıvançın yeni dişləri müzakirə yaradıb. Bəzi sosial şəbəkə istifadəçiləri Tatlıtuğun yeni dişlərinin təbiiliyini pozduğunu bildirib, bəziləri isə yaraşdığını söyləyib.

“Toksik” ana-oğul münasibəti!

Hülya Soykan həyat yoldaşından görmədiyi qayğını və sevgini oğlundan tələb edən analardan biridir. Onun övladına qarşı bu münasibəti birmənalı qarşılanmır. 

Oğlunun həyatına girən bütün qadınları qaralamağa çalışır. Hətta oğlunu narahat edən keçmiş sevgilisini öldürtdürmək istəyir.

O, hətta toksik münasibəti ilə böyük oğlu Cihanı da (Nejat İşler) övladlıqdan silib.

Kontrol manyakı Hülya Soykan.

Nur Sürer prinsipial, insafsız və manipulyasiya edən kontrol manyakı Hülya Soykanı canlandırır. Bütün uşaqları ilə qeyri-sağlam münasibətləri olan ananın əsas problemi kiçik oğlu Aslandır.

O, təkcə oğullarının deyil, iki qızının da həyatını cəhənnəmə çevirir.

Aslan və əsəblərini kontrol edə bilməməyi.

Yeznəsini bir başqa qadınla öpüşərkən görən Aslan kontrolunu itirir və onu vəhşicəsinə döyür. Sonra mimikaları adının mənasını yansıdır. Dünyanın ən təhlükəli heyvanı: Aslan!

Aslanın bilinməyən xəstəliyi...

Kürəkənini döyəndən sonra evinə gələn Aslan isterika keçirir. Panik-ataka bənzər bir vəziyyətdə Aslanın köməyinə Devin çatır. Onu xəstəxanaya aparmağı istəsə də, Aslan Devinin köməyi ilə özünə gəlir.

Devinin bacısı Yağmur Akın “Borderline” şəxsiyyət pozuntusu

Uzun müddətdir müalicə olunan Yağmur çox zaman bacısının səbrini daşırır. Devin ondan Hülya Soykana bəhs edərkən şəxsiyyət pozuntusu yaşadığını və qısa zaman öncə intihara cəhd etdiyini bildirib.

Devinin anası Neşe Akın.

O da kiçik qızı kimi illərdir müalicə olunur. Psixoloji problemləri olan və tez-tez depressiyaya düşən ana-qız xərcləri və alış-veriş aludəçiliyi ilə ön plana çıxır.

Sirrlərlə dolu Leyla Soykan.

Leyla nifrət etdiyi, sevmədiyi bir adamla evlidir və bu bədbəxtliyi psixologiyasına təsir göstərib. Aması Hülya Soykanla bir söhbətində “Mən sonuncu dəfə keçmiş sevgilimi qısqandım, o da öldüyü üçün. Bunları danışaq? Həm Denizi də yad edərik”, - deyə, söyləmişdi. Bəlkə, bu işdə də Hülya Soykanın barmağı var?

Devin obrazı daha əvvəl Özge Özpirinçciyə təklif edilib.

Hətta razılaşma əldə olunub, lakin yaxın zamanda Kıvanç Tatlıtuğ və Özpirinçcinin başqa bir layihədə rol alması planları alt-üst edib. Özge də bu məsələ ilə bağlı xeyirlisinin olmasını söyləyib.