Tanınmış “Cahan” qrupu “Dərd eləmə” adlı mahnısına maraqlı klip çəkdirib.

OLAY yazır ki, ekran işinin çəkilişində iştirak edən aktyorlar saçlarını qırxıblar. Klipin motivi onkoloji xəstələrə dəstək xarakteri daşıyır. Bu səbəbdən də aktyorlar bir an belə düşünmədən rejissorun təklifinə əməl ediblər. Qrup üzvləri bu layihənin də uğur qazanacağına əmindir.

Qeyd edək ki, klipin ideya müəllifi və prodüseri Vüqar Şəfiyev, rejissoru Nicat Əlişovdur.

Mahnının musiqisi Elçin Cəfərov, sözləri RAFO-ya aiddir.