İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində, tanınmış şəxslərin evlərinə səhər saatlarında əməliyyat təşkil edilib.

OLAY yazır ki, bölməyə aparılan Aleyna Tilki, İrem Sak, Danla Bilic və Mümine Senna Yıldız Ədliyyə Tibb Qurumuna göndərilib.

Aparılan testlərdən sonra, bu dörd nəfər prokurorluğa göndərilmədən azad ediliblər.