Olay
Olay

Ziyanın rolunu Şəhriyar oynamalı imiş?

Ziyanın rolunu Şəhriyar oynamalı imiş?

Maraqla qarşılanan “Dönənlər” filmi ilə bağlı yeni iddia irəli sürülüb.

OLAY-a daxil olan məlumata görə, ekran işində Oksana Rəsulovanın tərəf müqabili Ziya Ağanın əvəzinə Şəhriyar Əbilov olmalı imiş. Lakin eks-cütlük ayrıldıqlarını açıqladıqdan sonra layihənin aktyor heyətində dəyişiklik edilib və Şəhriyarın rolunu Ziya oynayıb.

Ş. Əbilovun özü OLAY-a açıqlama verərək bu məlumatın həqiqəti əks etdirmədiyini bildirib:

“Yanlışdır. Proyektin əvvəlində çox söz ola bilər. Heç ssenari ilə də tanış olmamışdım. Kim yayır bu iddiaları? İnsan şoka düşür. Min dənə müzakirə olub, amma həmin mövzuya aiddiyyəti yoxdur”.

Qeyd edək ki, ekran işində baş rolları Əməkdar artist Dilarə Əliyeva, aktrisalar Günay Əhməd, Oksana Rəsulova, aktyorlar Elcan Rəsulov, Ziya Ağa, Səmimi Fərhad və Oktay Mehtiyev oynayıb.