Olay
Olay

Cəsarətli stili ilə seçilən bürclər

Cəsarətli stili ilə seçilən bürclər

Demək olar ki, hamınızın həyatında cəsarətli stili ilə seçilən biri var.

Bu cümləni oxuyanda ağlınıza heç kim gəlmirsə, deməli, sosial çevrəniz üçün bu vəzifəni öhdəsinə götürən şəxs sizsiniz.

Bir çox insanlar qarderobunu ən son dəb tendensiyalarına uyğun yeniləməyi düşünsə də, bəzilərinin modaçı olmaq üçün əlavə səy göstərməsinə ehtiyac yoxdur. 

OLAY cəsarətli stili ilə seçilən 3 bürcü təqdim edir:

Şir

Əgər astrologiya ilə tanışsınızsa, bu siyahının başında şir bürcünü görsəniz, çox güman ki, təəccüblənməyəcəksiniz. Geyindiyi parçaları baş döndürücü formada təqdim edən şirlər, qatılacaqları ziyafətə nə qədər geciksələr də, son toxunuşları tamamlamadan evdən çıxmırlar. Bu bürcün nümayəndələri stil ikonası olmaq yolunda möhkəm addımlarla irəliləyir.

Tərəzi

Gözəllik planeti kimi tanınan Venera tərəfindən idarə olunan tərəzilər estetik və zərif görünüşü ilə diqqət çəkir. Bədəni saran paltarları və qüsursuz makiyajı ilə möhtəşəm görünüşə ev sahibliyi edən bu bürc moda dünyasının yaradıcı kimliyidir.

Oğlaq

Moda və gözəllik trendlərini tərəzi qədər yaxından izləyən oğlaqlar siyahımızın sonuncu üzvüdür. Digər bürclərə nisbətən çox daha klassik bir üslubu mənimsəyən bu bürc görünüşü ilə sosial çevrəsinin dəbli simasıdır.