Olay
Olay

Röya Röyalardan yazdı

Röya Röyalardan yazdı

Xalq artisti Röya Ayxan onunla eyni adı daşıyan iki müğənninin “Spotify”da yer almasına reaksiya verib.  

OLAY yazır ki, pop ulduz platformada ən çox dinlənilən 50 məşhur arasında olan Hiss (əsl adı Röya- red) və Röya Miriyeva barədə yazıb.  

“Nə gözəl yarış... Adınız qədər sizə yuxularda yaşanan şans diləyirəm. Allah yolunuza niyyəti təmiz insanlar çıxarsın”, -deyə R. Ayxan bildirib.  

Qeyd edək ki, dünən açıqlanan siyahıda azərbaycanlı sənətçilər Hiss (red - Röya) (23-cü yer), Orxan Zeynallı və Röya Miriyeva (29-cu yer), Epi & RZZA (32-ci yer), Miro (33-cü yer), Rüzgar (37-ci yer) və Azərbaycanın Xalq artisti Röya Ayxan (42-ci yer) yer alıb.