Olay
Olay

“Spotify”da Röyalar yarışdı

“Spotify”da Röyalar yarışdı

Dünyaca məşhur “Spotify” striminq xidməti ötən il azərbaycanlılar arasında ən çox dinlənilən mahnıların adlarını açıqlayıb.  

OLAY 2021-ci ildə Azərbaycanda ən populyar 10 mahnını təqdim edir:

1. Madrigal - Seni Dert Etmeler

2. Lil Nas X - Montero (Call Me By Your Name)

3. Sefo - Bilmem Mi?

4. Måneskin - Beggin

5. BTS - Butter

6. Masked Wolf - Astronaut In The Ocean

7. Ezhel - Bul Beni

8. Måneskin - I wanna be your slave 

9. EDIS - Martılar

10. UZI - Krvn

“Spotify”ın yekun illik reytinqində 75 trek yer alıb ki, onların da əksəriyyəti xarici sənətçilər tərəfindən ifa olunur

Siyahıda azərbaycanlı sənətçilər də yer alıb.  Onlar Hiss (red - Röya) (23-cü yer), Orxan Zeynallı və Röya Miriyeva (29-cu yer),  Epi & RZZA (32-ci yer), Miro (33-cü yer), Rüzgar (37-ci yer) və Azərbaycanın Xalq artisti Röya Ayxandır (42-ci yer).

Qeyd edək ki, siyahını 1news.az-a “Spotify”ın mətbuat xidməti təqdim edib.