“Apple Music” musiqi platforması bu il Azərbaycanda ən çox dinlənilən mahnıların siyahısını açıqlayıb.
OLAY yazır ki, 100 nəfərdən ibarət siyahıda birinci avstraliyalı reper Masked Wolfun “Astronaut in the Ocean” treki olub.
Onluğa isə HammAli & Navai (Ptiçka), Foushie (Deep End), Ezhel (Allahından bul), The Weeknd (Blinding lights), Edis (Martılar), Basta & Zivert (Ne boley), Jony (Pustota), Morgenshtern (Cristal & MOOT) və Maneskin qrupu (Beggin) daxil edilib.
“Apple Music” yekun reytinqində Azərbaycan şou-biznesin iki simasının adı daxil olub. Belə ki, siyahıda repçi Pasterin “Yenidən” və Hissin “Karma”, “Sayıram”və “Kəpənəklər” hiti yer alıb.