Avroviziya təmsilçimiz Tural və Turan Bağmanovlar qardaşlarının klip çəkilişləri yekunlaşıb.
OLAY-ın əldə etdiyi məlumata görə, 10 mart tarixində Bakıda azərbaycanlı heyət tərəfindən “Avroviziya-2023” mahnımız ekranlaşdırılıb.
Ekran işinin əsas süjet xətti Tural və Turanın üzərində qurulub. Onlar 3 fərqli səhnədə çəkiliblər.
Klipin hazırlıqları bir gün ərzində tamamlanıb. İngilis dilində təqdim olunacaq “Tell Me More” adlı mahnının müəllifləri qardaşların özüdür.
Bəstənin aranjımanı isə Nihad Əliyevə məxsusdur.