Olay
Olay

Ailə üzvlərini faciəvi şəkildə itiriblər...

Ailə üzvlərini faciəvi şəkildə itiriblər...

Builki “Avroviziya” təmsilçilərimiz Tural və Turan Bağmanovların şəxsi həyatı da sosial mediada marağa səbəb olub.

OLAY-ın əldə etdiyi məlumata görə, gənc ifaçıların həyatı elə də rəngarəng keçməyib. Erkən yaşda atalarını itirən Turalla Turan 2015-ci ildə daha bir itki yaşayıb.

3 nəfərin ölümü, 2 nəfərin isə ağır yaralanması ilə nəticələnən yol qəzasında sənətçilər ailə üzvlərini itirib. Zaqatalanın Yuxarı Tala kəndində baş verən hadisədə “Mercedes” markalı avtomobil aşıb. Onların iki qardaşı - 20 yaşlı Emin Bağmanov və 21 yaşlı Camal Bağmanov bu qəzada vəfat edib.

Turalla Turan isə elə həmin rayonda anasının himayəsində böyüyüb.