“ARB Media Qrup” sosial şəbəkədə tənqid edilən “Həmin Zaur” verilişi ilə bağlı açıqlama yayıb.
OLAY yazır ki, kanalın mətbuat katibi Mail Əsgərov bildirib ki, ARB televiziyası ötən gün baş verən Qaraheybət faciəsinin rəsmi xəbəri yayılan kimi əyləncəli verilişlərinin kontentində köklü dəyişikliklər edib.
Bildirilir ki, verilişlərdə şou və əyləncə ləğv edilərək, vətənpərvər musiqi və muğamla əvəz edilib. Buna baxmayaraq, bəzi sosial şəbəkələrdə ARB televiziyasına qarşı qara piar xarakteri daşıyan kampaniyalar aparılıb. Həmin gün kanalın efirini izləməyən insanları çaşdıraraq, guya əyləncə və şou verilişlərinin yayımının aparıldığı iddia olunub.