Olay
Olay

İlk görüşə necə geyinmək lazımdır?

İlk görüşə necə geyinmək lazımdır?

Düzdür, ilk görüş üçün geyim qaydaları dedikdə qəribə görünə bilər. Axı siz mükafat mərasimində və ya kral ailəsi ilə dəbdəbəli şam yeməyində iştirak etmirsiniz.

Yenə də, ilk görüşünüzün həmin insanla son görüşünüz olmaması üçün nəzərə almalı olduğunuz bir neçə amil var. Bunlardan biri də seçdiyiniz paltarlardır. 

OLAY ilk görüş üçün diqqət edilməli olan əsas geyim qaydalarını təqdim edir:

Qayda 1: Özünüz kimi olun

Birinci və ən vacib qayda tamamilə özünüz olmaqdır. Fikirlərinizlə yanaşı, bu vəziyyətin geyiminizə də yansıması çox vacibdir. Bu nöqtədə stereotipik məsləhətlər yerinə özünüzə ən uyğun parçaları seçmək ilk görüşün gərginliyini mütləq azaldacaq. Diqqət etməli olduğunuz məqam seçimlərinizin bir-biri ilə harmoniyası və qarşı tərəfə xoş bir görüntü təqdim etməkdir.

Qayda 2: Rahat parçalar...

İlk görüş həmişə həyəcanlıdır. Geyimin əlavə narahatlıq yaratmaması isə əsas məqsəd olmalıdır. Görüşdüyünüz andan paltarınızın necə göründüyünü düşünməkdənsə, qarşınızdakı insanı diqqətlə dinləyib andan həzz almaq aranızdakı ünsiyyətin davamlılığı üçün çox vacibdir.

Yeni aldığınız və hələ geyinmək fürsəti tapmadığınız paltarlar sizi həyəcanlandırsa da, bədəninizə tam uyğun gəlməyə bilər və ya nədənsə sizi narahat edə bilər. Bu halda diqqətinizi qarşınızdakı insana cəmləmək əvəzinə ilk dəfə geyindiyiniz paltar və ya ayaqqabı haqqında düşüncələriniz fikrinizi yayındıracaq.
Ona görə də ilk görüşdə hər iki tərəfə rahat geyinməyi tövsiyə edirik. Diqqət yetirilməsi lazım olan digər məqam isə köhnə əşyalarla rahat və zərifliyi qarışdırmamaqdır.

Qayda 3: Həddindən artığına qaçmayın

Çox ola biləcək hər şeydən çəkinin. Çox qısa və ya uzun, çox dar və ya boş... Bu qayda makiyaj və ətir üçün də keçərlidir.

Həmin gün ətirinizin sizə daha az iy verməsi sırf həyəcandan irəli gəlir. Bilməlisiniz ki, sizə xas olan yüngül ətir romantik atmosfer yarada bilər. 

Qayda 4: Harada? Nə vaxt? Kimlə?

“Harada? nə vaxt? kiminlə?” formulu sizə kömək edəcək. 

Səhər və ya günorta saatlarında olan görüş zamanı daha rahat bir görünüşə üstünlük verdiyiniz halda, axşam saatlarına doğru həssas makiyaj və yüksək dərəcədə zərifliyi seçə bilərsiniz. Təbii ki, mövsümi şəraiti və havanı da unutmaq olmaz.

Qayda 5: Gülümsəyin

Nəhayət, ilk görüş üçün verə biləcəyimiz ən böyük məsləhət üzünüzdə təbəssüm saxlamaqdır. Özünüzü ən yaxşı hiss etdiyiniz görünüş mütləq üzünüzdə təbəssüm yaradacaq.