Olay
Olay

İlk görüşə gedərkən bunları etməyin!

İlk görüşə gedərkən bunları etməyin!

Yeni biri ilə tanış olarkən ilk təəssüratlar hər zaman çox önəmlidir. Bu yazıda uzun zamandır birlikdə vaxt keçirmək istədiyiniz insanla ünsiyyət qurmağınıza kömək edəcək bəzi məsləhətlər yer alır. Elə isə mətləbə keçək…

OLAY ilk görüşdə etməməli olduğunuz 5 şeyi təqdim edir:

Özgüvən əskikliyi

İlk görüşə getdiyiniz zaman qeyri-müəyyənlik və narahatlıq hissinin bütün planlarınızı alt-üst etməsi mümkündür. İstəmədən də olsa, əsəbi görünməyiniz yeni tanıdığınız insanın sizə soyuq münasibət bəsləməsinə gətirib çıxaracaq. Belə olduqda qarşınızdakı şəxs onunla ünsiyyət qurmaqdan narahat olduğunuzu düşünəcək. İlk görüşdə əsəbilik əvəzinə rahat olmağınız çox vacibdir. Görüşə getməzdən öncə isti duş qəbul etmək, ardınca ilıq çobanyastığı çayı içməyiniz sakitləşməyinizə kömək edəcək. 

Yüksək gözləntilər

İlk görüş olmasına baxmayaraq, çətin tələblər qoyduğunuz zaman qarşısınızdakı insan sizdən uzaqlaşa bilər. Yeni tanış olduğunuzu nəzərə alsaq, ilk görüşdən onu bəyəndiyinizi demək və sonra evinizə dəvət etmək həmin yüksək gözləntilər sırasındadır. 

Qarşı tərəfi nəyəsə məcbur etmək

Burada diqqət etməli olduğunuz qızıl qayda görüş zamanı tələsməməkdir. Haqqında danışdığımız vəziyyət təkcə hərəkətlərlə deyil, həm də düşüncələrlə bağlıdır. Buna görə də ilk görüşdən dərhal sonra aktiv hərəkətə keçsəniz, qarşı tərəfi “boğmağa” başlayacaqsınız. Bu davranışlar hətta onu qorxuda bilər. Münasibətinizi inkişaf etdirmək üçün vaxt verin və tələsməyin. 

Məsafənin pozulması

Bir insanla görüşərkən hələ onunla yaxın olmadığınızı nəzərə almalısınız. Görüşünüz çox səmimi keçsə də, qarşıdakı insan üçün hələ də yad biri olduğunuzu unutmamalısınız. Həddindən artıq israrlı suallarınız yeni tanış olduğunuz həmsöhbətinizi qorxuda bilər. Məsafə saxlamağa çalışın və onun sizi kəşf etməsinə icazə verin.

Mənfi emosiyalar

Bir insanla ilk görüşünüzdə şəxsi problemlərdən söz açmamalısınız. Şikayət etməməli və ya mənfi enerji yaymamalısınız. Bunlar qarşı tərəfin sizdən uzaqlaşmasına səbəb olacaq. Odur ki, qarşılaşdığınız ilk dəqiqələrdə tənqidi şərhlərinizi özünüzə saxlamalısınız.