Olay
Olay

“Bunun necə və niyə baş verdiyini hələ bilmirik”

“Bunun necə və niyə baş verdiyini hələ bilmirik”

Əməkdar artist Bəhram Bağırzadə feysbuk sosial şəbəkəsində bu gün ürək tutması nəticəsində dünyasını dəyişən Hacı Şahin Həsənli ilə bağlı status paylaşıb.

OLAY yazır ki, komediya aktyoru postunda bunları qeyd edib:

“Kiminə görə Həsənov, Həsənli, kiminə görə də Hacı, Hacı Şahin olub. Kimsə ona müəllim və ya şeyx deyirdi... Biz isə dost olan 189 saylı məktəbin şagirdləri sadəcə olaraq ona Bakısayağı Şonya deyə çağırırdıq”. 

“Əziz Şonya... Sən gecə vəfat etdin. Bunun necə və niyə baş verdiyini hələ bilmirik. Başımda çaşqınlıq, ürəyimdə ağrı... Heç nə başa düşmürəm. Amma bir neçə dəqiqədən sonra işlədiyin məscidə gedəcəm. Siz çox ağıllı, müdrik, aristokrat, savadlı, bir neçə dil bilirdiniz”, - deyə B.Bağırzadə davam edib.