Olay
Olay

“Hələ Manaf Ağayev yaxşı reaksiya verdi”

“Hələ Manaf Ağayev yaxşı reaksiya verdi”

İfaları ilə yutubda milyonlarla baxış toplayan gənc ifaçı Ceyhun Səmədov OLAY-a açıqlamalar edib.

Ceyhun bir müddət əvvəl müğənnilər Manaf Ağayev və Ülviyyə Namazova ilə birgə dəvət edildiyi efirə çıxmaqdan imtina etməsindən də danışıb:

“Biz verilişə çıxmamışdan öncə onsuz da gəlməyəcəyimizi demişdik. Daha doğrusu, verilişdə qonaqların siyahısı tərtib olunmamışdan öncə gəlməyəciyimizi bildirmişdik. Çünki qonaqların siyahısını istəmişdik və bu gecikmişdi. Qonaqların siyahısı sonuncu gün gəlmişdi və biz həm qonaqlara, həm də verilişin aparıcılarına hörmət əlaməti olaraq demişdik ki, üzürlü sayın, biz iştirak edə bilməyəcəyik.

Çünki konsept, dinləyici kütləsi uyğun deyil. Oradakı iki ifaçının dinləyici kütləsi demək olar ki, birə-bir oxşar və bənzərdir. Amma bizim janrımız tamam fərqlənir.

Ümumiyyətlə, orada çatdırılma fərqlidir. Manaf Ağayev hələ yaxşı reaksiya verdi. Ona deyildi ki, bu adam sizinlə verilişə çıxmaq istəmir. Kim olsa, bir az hörmətsizlik kimi qəbul edər. Amma biz hörmətsizlik etməmişik”.