Müğənni Nadir Qafarzadə “Tarixin bir günü” verilişində gəlinindən danışıb.
OLAY yazır ki, o, oğlu Loğmanın nişanının ev şəraitində keçirilməsinin səbəbini açıqlayıb. Bunun gəlinin arzusu olduğunu bildirən Nadir göz yaşlarını saxlaya bilməyib:
“Qızın atası qısa müddət öncə rəhmətə gedib. O, dedi ki, atamın ruhu bu evdədir deyə, nişan burada olsun. Çox yaxşı ailədir. Atası aramızdan tez ayrıldı. Artıq o, da mənim balamdır. Ona söz vermişəm ki, atası ola bilməsəm də, onu atası qədər sevəcəm”.
Qeyd edək ki, N.Qafarzadənin oğlu bir neçə həftə öncə nişanlanıb.