Türkiyəli müğənni Rafet El Roman ötən həftəsonu Bakıya gəlib.
OLAY yazır ki, paytaxtda toyların birində çıxış edən ifaçı ziyarətini ticarətə döndürmək qərarına gəlib. O, yeni klipini Bakıda çəkdirib.
Əldə etdiyimiz məlumata görə, klip Rafetin “Bir milyon yara” adlı mahnısı üçün ekranlaşdırılıb. Müğənninin qrimi Məsi Rəhmana (Mesi Rekhman), klipin rejissorluğu isə Bəxtiyar Ələkbərova həvalə olunub.