Olay
Olay

Mübariz Mənsimovun ailəsində xoş gün!

Mübariz Mənsimovun ailəsində xoş gün!

Türkiyədə yaşayan məşhur iş adamı Mübariz Mənsimovun ailəsində xoş gün olub.

OLAY-ın əldə etdiyi məlumata görə, Mənsimovun bacısı qızı Aysu tanınmış boksçu Fuad Tarverdizadə ilə ailə qurub.

Cütlüyün toyu Bakıdakı məşhur restoranlardan birində baş tutub. Məclisi Xalq artisti Brilliant Dadaşova öz ansamblı ilə idarə edib. Toy Azərbaycanın dövlət himni ilə açılıb. 

Özəl gündən görüntüləri fotoqraf Zeynal Məmmədli paylaşıb.

Qeyd edək ki, F. Tarverdizadə uzun illərdir peşəkar boksla məşğuldur. O, ölkə hüdudlarından kənarda da bir çox uğura imza atıb, qələbə qazanıb. F. Tarverdi qeyri-adi sürətinə görə “The Flash” ləqəbini alıb.