Olay
Olay

Cavanşirlə Tolik arasında böyük qalmaqal

Cavanşirlə Tolik arasında böyük qalmaqal

“İnsanlar bizim onların qanlarını qaraltmalarımızı istəmirlər. Ötən dəfə aparıcı deyir ki, siz niyə “Rolls Royce” sürürsünüz? Mən sənə düşmən olan millətin sənətçisiyəm? Sənin öz xalqının sənətkarıyam. Gəl şəhərə, ya da bir xarici ölkəyə gedək. Görək, səni çox tanıyırlar, ya məni? Sənə çox hörmət edirlər, ya mənə? Niyə öz sürdüyün “Porsche”dən, “Gelandewagen”dən danışmırsan?!”

OLAY yazır ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov Dünya TV-nin efirində qonaq olarkən aparıcı-prodüser Tarix Əliyev (Tolik) haqda deyib. Sənətçi onun ünvanına bunları söyləyib:

“Aparıcılıq edərək bunu alma imkanın necə var? Bu da bilirsiz nəyə görədir? Fikirləşir ki, Cavanşir Məmmədovu, Firuzə İbadovanı vursun ki, yeni nəsil müğənnilər ondan çəkinsin. Atalar deyir ki, quyunu geniş qaz ki, özün də düşə bilərsən. Elə faktlar, elə materiallar var ki, səni qupquru qurudaram. Sən bir kanaldan qovulub, o birinə gedirsən. Amma bizi qovmurlar, dəvət edirlər. Borcundur ki, dəvət etdiyin sənətkara hörmət edəsən. Bizi izləyən həmvətənlərimizə, həm də xaricdən baxıb bizi sevməyən millətlərə bunları aşılamalı deyilsən. Mən də deyirəm ki, necə olur sənin dörd evin var, amma Firuzə xanımın bir evi yoxdur. Çox ürəyin yanırsa, bir evini ona bağışla. Firuzə xanım o evi səndən yox, dövlətdən götürər. Amma belə yekə-yekə danışmaq olmaz. Onu bil ki, sən heç kimsən”.

Qeyd edək ki, Tolik bir müddət əvvəl C. Məmmədov və F. İbadovaya öz aparıcılıq etdiyi verilişdə irad bildirib. Cavanşir Məmmədovun lüks avtomobilinin adını çəkərək həm onu, həm də evinin balacalığından gileylənən İbadovanı tənqid edib.