Olay
Olay

Kliniki ölüm keçirən Əməkdar artist evə buraxıldı

Kliniki ölüm keçirən Əməkdar artist evə buraxıldı

Avtomobil qəzası nəticəsində ağır xəsarət alan və əməliyyat zamanı bir neçə dəfə kliniki ölüm keçirən Əməkdar artist Elizbar Osmanov sağalıb.

OLAY yazır ki, bu barədə onun müalicə olunduğu “Kliniki Tibbi Mərkəz”in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, o, oktyabrın ayının 26-da Mərkəzə gətirilərkən kəllə-beyin travması almaqla yanaşı, ağciyəri, qaraciyəri və digər orqanları da ciddi zədə görüb.

E. Osmanovun vəziyyəti ağır olsa da, həkimlər onun həyatını xilas edə biliblər və bu gün o tam sağalaraq, evə buraxılıb.