Olay
Olay

Rihanna səhnəyə qayıtdı - Yenidən hamilədir

Rihanna səhnəyə qayıtdı - Yenidən hamilədir

Dünyaca məşhur müğənni Rihanna uzun illər sonra səhnəyə çıxıb. 

OLAY yazır ki, sənətçi maraqla gözlənilən “Super Bowl”da yer alıb. Dünya ulduzu gecədə “Bitch Better Have My Money”, “Diamonds”, “Only Girl (In the World),” “Work” və “Umbrella” kimi hitlərini səsləndirib. 

Lakin Riri qırmızı kostyumu və performansından daha çox sosial şəbəkələrdə sürprizi ilə danışılıb. Belə ki, səhnəyə çıxan ifaçı əlini qarnına qoyaraq ikinci dəfə hamilə olduğunu açıqlayıb. Bundan əlavə onun görünüşündən də hamiləliyi açıq-aydın bəlli olub. 

Müğənni ötən həftə şou ilə bağlı müsahibəsində “Səhnəyə birini gətirməyi düşünürəm” sözlərinin də əslində övladına işarə olduğu anlaşılıb. Halbuki həmin vaxt onun hansısa bir həmkarını nəzərdə tutduğu düşünülmüşdü. 

Qeyd edək ki, reper Eysəp Roki ilə münasibətdə olan sənətçinin bir oğlan övladı da var.