Olay
Olay

Nahidə dağıntılar altında qalan heyvanlara sahib çıxmaq istəyir

Nahidə dağıntılar altında qalan heyvanlara sahib çıxmaq istəyir

“Burada vəziyyət çox pisdir. İstanbul heç bu qədər səssiz olmamışdı. Üç ildir buraya gəlib gedirəm, bir ildir yaşayıram. Küçələrdən səs çıxmır, hər kəs əlindən gələni etməyə çalışır. Mütəmadi hər dəfə fərqli yardım bölgələrinə gedib, kömək göndəririk. Heç kimin öz kefi üçün küçəyə çıxmağa halı yoxdur”.

OLAY yazır ki, bu sözləri “Səhər mərkəzi” verilişinə açıqlamasında müğənni Nahidə Babaşlı deyib. Türkiyədə yaşayan və fəaliyyət göstərən ifaçı dağıntılar altında qalan heyvanlara sahib çıxmaq istədiyini bildirib:

“Bir neçəsinə sahiblənmək üçün müraciət etdim. Onlar da canlıdır. Mən hazırda bir uşağa sahiblənəcək məsuliyyətdə bir insan deyiləm, amma bir heyvana yuva ola bilərəm. Fikirləşirəm ki, hər kəs əlindən gələni etməlidir”.

Qeyd edək ki, Nahidə 2 il öncə Serkan Küçükceylan adlı türk vətəndaşı ilə ailə qurub.