Olay
Olay

Türkiyəli aktyor vəfat etdi

Türkiyəli aktyor vəfat etdi

Türkiyəli aktyor və model Kaya Olgar dünyasını dəyişib.

OLAY yazır ki, bu barədə mərhumun dostu Tuncay Erkul sosial şəbəkə hesabında məlumat yayıb. O, deyib ki, Kaya 22 ildir yaşadığı Muğlada 57 yaşında vəfat edib. 

Sənətçinin ölüm səbəbi ilə bağlı bir məlumat verilməyib. 

Qeyd edək ki, Olgar “Çılgın Bediş”, “Arka sokaklar” kimi seriallarda rol alıb.