Türkiyənin məşhur aktyoru Kadir İnanırın vəsiyyəti üzə çıxıb.

OLAY yazır ki, sənətçinin ailəsində yaranan qalmaqalların ardından İnanırın bütün mal varlığını xanımına miras qoyduğu bəlli olub.

İnanır dörd il əvvəl notarius qarşısında hazırlatdığı vəsiyyətnaməsində bütün maddi və mənəvi mirasını, eləcə də müəlliflik hüquqlarını həyat yoldaşı Jülide Kurala verib. İnanır və Kuralın vəkili Bişar Abdi Alınak bildirib ki, sənətçi mirasının hamısını Kurala vəsiyyət etdiyi sənədi həkim rəyi ilə yanaşı, iki şahidin iştirakı ilə Beyoğlu 48-ci Notariatında hazırlatdırıb.

İnanır 2022-ci ildə hazırlatdığı son vəsiyyətnaməsində, vəfatından sonra Jülide Kuralın həyatda olmaması halında bütün mirasının Türkiyə İnsan Haqları Fondu, Nesin Fondu və İnsan Haqları Dərnəyinə verilməsini istəyib.