Olay
Olay

OLAY.az fəaliyyətə başladı

OLAY.az fəaliyyətə başladı

Bu gündən etibarən, Azərbaycanda yeni xəbər portalı fəalliyyətə başlayır.

OLAY.az internet qəzeti “Liatris Holding”in tərkibində 2021-ci ilin oktyabrın 4-dən xəbər istehsal etməyə  başlayan və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur.

www.olay.az saytında Azərbaycanın mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılacaq.

Bundan başqa, internet qəzetdə şou, mədəniyyət, dəb, əyləncə, gözəllikdən  bəhs edən müsahibələr, reportajlar, bloq yazıları işıqlandırılacaq. 
Portal tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yaymağı qarşısına məqsəd qoyub.

OLAY-ın əməkdaşları tanınmış şou və mədəniyyət yazarları Elvin Elxan və Pərviz Hüseyndir. Komandaya tanınmış fotoqraf Nuran Məmmədov da cəlb edilib.