Olay
Olay

2023-ün ilk yerli mahnıları...

2023-ün ilk yerli mahnıları...

Hələ bir ayını geridə qoyduğumuz 2023-cü il sənət dünyası üçün heç də pis başlamadı. Onlar həmişəki kimi dayanmadan çalışıb, bir-birindən iddialı layihələrlə pərəstişkarlarını sevindirdilər. Ötən aydan bu günə qədər bir çox yerli sənətçi yeni layihəsini yayımladı.

OLAY onlardan bir neçəsini  təqdim edir...

Xalq artisti Aygün Kazımova öz ad günündə - 26 yanvarda “Vəfasızlar unudulmur” adlı klipini təqdim etdi. Kazımova sözləri Şahin İlqara, musiqisi İsmayıl Əsədova məxsus mahnı üçün Moskvada çəkilən klipini yayımladı. Ekran işində beş fərqli obraz yaradan Xalq artisti dəbdəbəli ad günündə də bu mahnısını səsləndirdi.

Xalq artisti Röya Ayxan isə müğənni Cinlə (Ceyhun Zeynalov) “Bəzən” duetini anşlaqla yekunlaşan “Dəli kimi” konsertinin ilk günündə təqdim etdi. 1960-70-ci illərdəki həyat tərzini əks etdirən layihənin rəhbəri “KEvents Group”, klipin rejissoru və ssenari müəllifi isə “Beat Group”, Leyla Bağırlıdır. Estrada ulduzu ekran işində həmin dövrə xas geyim və aksesuarları ilə rol alıb.

Bəstəkar-müğənni Aisel bu gün – 3 fevralda sözü və musiqisi özünə məxsus olan “Yağış” adlı mahnısını təqdim etdi. Klipin rejissoru Meran İsmayılsoy, Aiselin tərəf müqabili isə xoreoqraf və aktyor İsmail Məmmədzadədir.

Müğənni Elçin Cəfərov da Türkiyədə ekranlaşdırdığı “Qara uzun saçlar” klipini bu gün yayımlayıb. Onun sözləri və musiqisi Elşən Mövsümova məxsus mahnısına çəkilən klipdə türk aktrisa Özlem Gezgin rol alıb.