Müğənni Nura Suri həmkarı Şəbnəm Tovuzlu haqda danışıb.
OLAY yazır ki, bu barədə sənətçi “7 Canlı” verilişində qonaq olarkən söz açıb.
Nura Tovuzlunun mahnılarında səsinə effekt qoydurduğunu bildirib:
“Şəbnəmin özünün bir obrazı var və oradan çıxmaq istəmir. Canlı bir toyda onun ifasını görmüşəm. Çox gözəl səsi var. Amma mahnılarında səsinə effekt qoydurur, səsi başqa cür səslənir. Onu niyə edir, bilmirəm. Canlı çox qəşəng oxuyur. Amma mahnılar yazdıranda hansısa effekti qoyurlar, elektron nəsə edirlər. Mənə elə gəlir ki, öz səsiylə oxusaydı, tam fərqli bir ifaçı kimi qəbul olunardı. İndi daha çox qınaq olunması o mahnılara effekti qoymasıdır.
Geyiminə gəldikdə isə balıq ətlidir və özünə uyğun da belə geyinir. Düşünürəm ki, burada heç kim heç nə edə bilməz. Damla xanım, Şəbnəm, Nərmin Kərimbəyova onlar heç vaxt dəyişmək istəmir, onlara elə rahatdır. Onları olduğu kimi qəbul etmək lazımdır”.