Olay
Olay

“Dəli kimi”nin ikinci günündə yaşananlar - Foto

“Dəli kimi”nin ikinci günündə yaşananlar - Foto

Bakı Konqres Mərkəzində Xalq artisti Röya Ayxanın “Dəli kimi” adlı solo konsertinin ikinci günü baş tutub. 

OLAY yazır ki, “KEvenets Group” və “Peachline”nın təşkilatçılığı ilə keçirilən gecə ilk günkü kimi səs-küylə qarşılanıb. 

Dünənki konsertdə bir neçə yenilik də olub. Belə ki, əvvəlcə sırf tədbirin fasilə hissəsində aparıcı kimi səhnəyə çıxan Nəsib Nur üçün də səhnəcik qurulub. O, Xalq artistinin “Gizli sevgi” ifası üçün hazırlanan xareoqrafiyasında iştirak edib. 

Həmçinin, musiqili gecədə Röya Ayxanı izləyənlər arasında tanınmış simalar da yer alıb. Aktyor Elşən Orucov, aparıcılar Samirə Mustafayeva, Aydan Axundova, Kamilə Babayeva və həyat yoldaşı, stilist Elnur Həsənov, tanınmış həkim Cahid Şahbazov, müğənni Pərviz Abdullayev və başqaları tamaşaçılar arasında olub. 

Pop ulduz bu dəfə də Gülya Vəkilova imzalı 25 kostyumda səhnəyə çıxıb. 

Onun makiyajını məşhur stilist Anar Ağakişiyev və komandası edib. Konsertin rejissoru Ranar Musayevdir. 

Qeyd edək ki, “Bəzən” klipi üçün təşkil edilən müsabiqənin qalibi Nəzakət Bünyadlıya da İphone 14 bağışlanıb.

Gecədən rəngli görüntüləri təqdim edirik: 

Foto: İska İsmayılov