Olay
Olay

Aygün Kazımova dəbdəbəli ad günü etdi

Aygün Kazımova dəbdəbəli ad günü etdi

Xalq artisti Aygün Kazımova özünə dəbdəbəli ad günü keçirib.

OLAY yazır ki, estrada ulduzu 52 yaşını dostları, tanınmış mədəniyyət və incəsənət xadimləri, mətbuat üzvləri ilə birgə keçirib.

Bakının lüks restoranlarının birində baş tutan gecədə 200-dən çox qonaq iştirak edib. Ad günü Xəzər TV tərəfindən özəl olaraq lentə alınıb və gələn həftə kanalda tamaşaçılara təqdim olunacaq.

Pop ulduzun özəl günündə səhnə alan ifaçıların əksəriyyəti gənclər olub.  Azərbaycan kanallarının populyar aparıcıları da Kazımovanın mahnılarını duet şəklində təqdim ediblər.  Hər aparıcının payına bir məşhur düşüb ki, onlar sənətçiləri səhnəyə dəvət ediblər. 

Gecədə soyuq münasibətlərinin olduğu iddia edilən Xalq artistləri Zülfiyyə Xanbabayeva və Tünzalə Ağayeva da iştirak edib.  

“Diva” ləqəbli sənətçi gecədə iki libasdan istifadə edib və girişi şou ilə açıb.

İştirak edən qonaqlar gecədən fotolar çəkdirərək instaqram hesabında paylaşıblar, A. Kazımovanı bir dafa təbrik ediblər.