Olay
Olay

Onu təhqir edən izləyicini polisə verdi

Onu təhqir edən izləyicini polisə verdi

Əməkdar artist Nigar Şabanova (Qaragözova) instaqramda ünvanına təhqir yazan izləyicidən polisə şikayətçi olub.

OLAY yazır ki, bu barədə muğam ifaçısı sosial şəbəkə hesabında məlumat verib.

Bildirib ki, sözügedən şəxs xəbər səhifələrinin birində onun ünvanına təhqiredici ifadələr işlədib:

“Xəbər səhifələrinin bir neçəsində mənim ünvanıma lazımsız və təhqiramiz sözlər yazdığı üçün həmin insandan şikayətçi oldum. Şərhi yazan izləyicini tapıb qanun çərçivəsində cəzalandırdılar”.