Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) son halının görüntüləri yayılıb.
OLAY yazır ki, 30-cu dəfə kimyaterapiya qəbul edən aktrisa prodüser Tarix Əliyevin (Tolik) sosial şəbəkə hesabında açdığı canlı yayıma qoşulub.
Onun saçlarının, qaşlarının və kirpiklərinin tökülməsi diqqətdən qaçmayıb.
Qeyd edək ki, ötən günlərdə sənətçinin səhhətində yenidən problem yaranıb. Onun sümüyündə və ağciyərində törəmə aşkarlanıb.