Olay
Olay

“Modellərimizin çoxu Erkanın təklifini qəbul edib birinci olublar”

“Modellərimizin çoxu Erkanın təklifini qəbul edib birinci olublar”

Bir neçə gündür “Best model” yarışması ətrafında qalmaqallar səngimək bilmir.

OLAY yazır ki, müsabiqənin oğlan iştirakçıları Erkan Özermanı seksual təkliflər etmək qarşılığında birincilik vəd etdiyini açıqlamışdı.

Müzakirələrə prodüser Tarix Əliyev də (Tolik) qoşulub. O bu barədə sosial media hesabında paylaşım edib. “İkinci sayfa” verilişindən tərəflər arasındakı qalmaqal videosunu bölüşən Tolik yerli “best model”lər barədə iddia irəli sürüb.

“Mən bunları 10 ildən çoxdur bilirəm. Bizdən gedənlərin çoxu bu təklifə “yox” deməyib, birinci olublar”, - deyə, T.Əliyev bildirib.