Olay
Olay

“Şəhərdəki bütün qızlar bir-birinə bənzəyir”

“Şəhərdəki bütün qızlar bir-birinə bənzəyir”

Aparıcı-aktrisa Turanə Hüseynli sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, sənətçi instaqram hekayə bölməsində paylaşdığı videoda səsləndirdiyi fikirlərlə gündəmə gəlib.

Turanə son zamanlar bütün qızların bir-birinə bənzədiyini bildirərək bundan narahat olduğunu qeyd edib:

“Çoxdandır ki, müşahidə edirəm. Sosial mediada və xüsusilə şəhərdə insanlar arasında gəzəndə görürəm ki, bütün qızlar bir-birinə oxşayır. Xanım baxımlı olmalıdır, razıyam. Pulunuz var, əcəb edirsiniz, nə istəyirsiniz, edin. Amma bir az individuallıq… Bu kosmetoloqlarda da bir az insaf yoxdur, hamıya eyni şeyləri edirlər. İnstaqramda şəkil qarşıma çıxdı, baxıram ki, bu filankəsdir, girib görürəm ki, başqa adamdır. Amma aralarında beş fərqi tap desələr, tapa bilməzsən.

Maraqlısı odur ki, bu təkcə üzdə olan oxşarlıq deyil. Uzaqdan bədən olaraq da ayıra bilmirsən ki, bu kimin arxasıdır? Bilmirəm, bu qədər həkimlər necə insaflı davrana bilmirlər? Çox çirkin görsənir. O insanların estetik görüntüləri məni çox narahat edir. Ümumiyyətlə, məni niyə narahat edir? Özləri bilər. Amma qarşımıza çıxanda biz də zövq almırıq… Birinci kişilərə yazığım gəldi, sonra dedim ki, haqq olur, yaxşı olur. Tələb, təklif məsələsidir. Təbii gözəllik, təbii qadın, təbii hisslər deyə-deyə, ancaq süni, saxta, gel dodaqlı, botokslu, dolğulu qızlara dəyər verə-verə axırda bütün ölkə belə oldu. Haqq olur sizə. Qoyun təbii qızlar bu təbiiliyi və gözəlliyi anlayan kişilərin sevgisinə layiq görülsün, bu qədər…”.