Olay
Olay

Yenə bir-birilərini izləmədən çıxardılar

Yenə bir-birilərini izləmədən çıxardılar

Evliliklərindəki problemi aradan qaldırmağa çalışan Murad İsmayıl və Ülviyyə Xəlilbəyli yenidən bir-birini izləmədən çıxarıb.

OLAY yazır ki, onlar ötən gün atmacalı statsular paylaşdıqdan sonra instaqramda bir-birilərini siliblər. Barışma ərəfəsində olan cütlüyün bu addımlarından sonra yenidən ayrıldıqları düşünülüb.

Qeyd edək ki, onlar daha əvvəl də bir-birilərini izləmədən çıxarmış, aralarında problem olduğunu etiraf etmişdilər. Lakin ötən aylarda barışmış, verilişlərə və tədbirlərə birlikdə qatılmışdılar. 

Onu da xatırladaq ki, 2018-ci ildə ailə quran cütlüyün iki oğlan övladı var.