Son olaraq oğlu Adili evləndirməsiylə gündəmə gələn müğənni Xatun Əliyeva OLAY-ın kamerası qarşısına keçərək müsahibə verib.
Gəlin-qayınana münasibətlərindən danışan sənətçi hər şeyin təməlində yaxşı insan olmağın vacibliyini vurğulayıb:
“Qayınana olaraq, bəlkə də, ilk müsahibəni sizə verirəm. Hər şey yaxşıdır. Təki həmişə belə olsun. Mənim fikrimcə, yaxşı qayınana-gəlin olmaq üçün birinci yaxşı insan olmaq lazımdır. Əgər sən yaxşı insansansa, yaxşı dost, ana, baldız, qayınana, gəlin olursan. Əsas odur ki, öz üzərimizdə işləyib daha da yaxşı insan olmaq üçün çalışaq, gec deyil”.
Gəlinindən ağız dolusu danışan Xatun onlardan ayrı yaşamaq qərarına gəldiyi üçün hərdən peşman olduğunu da etiraf edib:
“Gəlinim də oxatan bürcüdür, mən də. Bizim ortaq bənzərliyimiz var. Çox diqqətli, qayğıkeş, xeyirxah və nəzakətlidir. Mən onlardan ayrı yaşayıram. Amma, inanırsınız, gəlinlə yaşamaq istəyirəm. Ayrı yaşamaq mənim fikrim idi. Fikirləşdim ki, ulduz qayınana ilə yaşamaq ona çətin olar. Zəng edir ki, anacan, gəlmirsiniz? Deyirəm ki, qızım, gələcəm. Deyir, darıxırıq, sizsiz. Görürəm ki, üzümə yaxşı baxırlar (gülür)”.
Müğənni hətta oğluyla gəlininə bloger olmaları barədə təklif də etdiyini bildirib:
“Mənə “ana” deyə müraciət edir. Mən də deyirəm ki, qızım, sənin anan Aidə xanımdır. Deyir ki, yox, siz mənim “ulduz anam”sınız. İnşallah, təki hər zaman belə olsun. Gəlin-qayınanada bir instinkt var. Doğrudan da, yaxşı gəlini çox sevməyə başlayırsan, özündən asılı deyil. Sanki oğlunun bir parçası kimi... Bu çox başqa bir hissdir. Kiminsə başına gəldikdən sonra bilir. Qorxuram danışmağa ki, göz dəyər bizə. Toydan sonra oğlumla gəlinim o qədər populyar olub ki, adi bir gəzməyə gedəndə belə onları tanıyırlar. Deyirəm ki, bəlkə bloger olasınız”.
Söhbət əsasında tez-tez yaxşı qayınana olduğunu ürəklə söyləyən X. Əliyeva oğlunun ailəsinə kənardan müdaxilə etmədiyini də qeyd edib:
“Əksinə onlar mənə müdaxilə edirlər (gülür). Özüm hər gün çalışıram ki, gəlinimin səsini eşidim, onunla danışım. Yenə deyirəm, orada bir sehir, instinkt var”.
Video/Fotolar: Hüseyn Həsənov