Olay
Olay

Muradla Kənanın söz davası

Muradla Kənanın söz davası

Müğənni-bəstəkar Murad Ariflə rejissor Kənan Mahmudov (MM) arasında söz davası olub. Buna səbəb Muradın Feysbukda yazdığı status olub.

OLAY yazır ki, Kənan Muradın “Rusiyadan mal gətirəndə gömrük rüsumu 18 faiz, Türkiyədən və Avropadan gömrük rüsumu 36 faizdir. Niyə?” statusuna bu şərhi əlavə edib:

“O qədər şeylər fərqlidir ki... Məsələn, əvvəl səsi olanlar oxuyurdu, indi ağzı olanlar”.

Murad rejissorun rəyini cavabsız qoymayıb:

“Çox nisbidir. Məsələn, sən müsabiqədən çıxan bir yaxşı səsi olay edirsən. Amma mərhələni keçən onlarla yaxşı səsi də görməzdən gəlirsən. Bu da fərqlilik yaradır. Sənin mükəmməllik kurslarına yazılmağa hazıram”.

Kənan isə “Kreslonu düzəldin, deyəsən, xarabdır. Mən qərib bir tamaşaçıyam. Sadəcə musiqidən anlayıram. 15 il klip çəkmişəm”,-deyə bildirib.

Qeyd edək ki, K. Mahmudov bir müddət əvvəl “Səs Azərbaycan” mahnı müsabiqəsində Röyal Musa adlı iştirakçıya dörd münsifin də dönməməsinə irad bildirmişdi.