Olay
Olay

“20 mindən aşağıya kinoya çəkilmirəm”

“20 mindən aşağıya kinoya çəkilmirəm”

“Hədiyyə sevən insanam. Deməmişəm ki, heç vaxt hədiyyə qəbul etmərəm. O vaxt mənə sual vermişdilər ki, böyük maddi dəyəri olan hədiyyələr, məsələn, ev və sair qəbul etmisiniz. Mən də “yox” dedim”.

OLAY yazır ki, bu sözləri “Qısa Qapanma” verilişində aktrisa Pərvin Abıyeva deyib. O, aparıcı Elməddin Cəfərovun əvvəlki açıqlamaları haqda verdiyi sualları cavablandırıb:

“Söyləmişdim ki, Azərbaycanda çox aktrisa var. Amma mənim kimi tanınanı yoxdur. Bu həqiqətən də belədir. İstedadlı, bəyəndiyim həmkarlarım çoxdur. Lakin mənim qədər gündəmdə ola bilmirlər. O da düzdür ki, filmlərə 20 mindən aşağı məbləğə çəkilmirəm. Bu açıqlamamı eşidəndən sonra rejissorlar yoxa çıxıblar. Bir dəfə də demişdim ki, mən aktrisayam, şou-biznesə aidiyyatım yoxdur. Şou-biznesə istəyərək gəlməmişəm. Heç vaxt “modeləm” deməmişəm. Sadəcə poza verməyi sevirəm, boyum uzundur. Bu o demək deyil ki, modeləm. Mən aktrisayam”.