Müğənni Sevda Yahyayeva toyu ilə bağlı maraqlı açıqlamalar verib.
OLAY yazır ki, o, ötən ay baş tutan özəl günü haqda “Fəlidən doğru xəbər” verilişində danışıb. Sevda deyib ki, toyda hər şey istədiklərindən artıq olub:
“Yığılan pul ilə xərclərim bərabər oldu”.
Sənətçi “Çağırmadığınız halda toya gələn qonaq oldumu” sualına gəlincə bunları deyib:
“Bəli, oldu. Xanım müğənni idi. Adını açıqlamaq istəmirəm. Onu görəndə güldüm, sevindim”.
Qeyd edək ki, Sevda həkim Zakir Bayramovla evlidir.