Olay
Olay

“Qazancım ancaq kirayə puluna çatır”

“Qazancım ancaq kirayə puluna çatır”

“Best model of the world” müsabiqəsinin qalibi, model və aktyor Rüstəm Cəbrayılov işsizdir. 

OLAY yazır ki, bu barədə o, feysbuk sosial şəbəkəsində məlumat yayıb. Rüstəm qeyd edib ki, bir ildən artıqdır iş axtarışındadır: 

“Ayın sonuna qazancım ancaq kirayə puluna çatır. Qısa müddət ərzində daimi bir iş tapa bilməsəm, hansı ki, 1 ildən artıqdı  axtarıram. Yəqin ki, birdəfəlik çıxıb getmək məcburiyətində qalacam.

“Green card”ım da var, avropa vizalarım da… Bu günə qədər film və modellik sahəsində gördüyüm önəmli işlər isə özüm üçün kiçik bir xatirə qalar, gələn il üçün təstiqləndiyim iki böyük filmdəndən də imtina edərəm. Onsuz da söhbət pula gələndə kəsib-tökürlər, məcburiyətdən razılaşırsan. Bəlkə, gəlsəm, baş rolunu canlandırdığım Xocalı və 20 Yanvarla bağlı filmimin təqdimatına gələrəm. O dakı bu küskünlüklə nə bilim... Nə CV-mə cavab gəldi, nə də ki məktublarıma”.