Rusiyanın əməkdar artisti Marina Xlebnikova Moskvada yanğın zamanı xəsarət alıb.
OLAY yazır ki, 56 yaşlı müğənni ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, sənətçinin Ratnaya küçəsindəki mənzilində yanğın baş verib və ona dəm qazından zəhərlənmə diaqnozu qoyulub. Hazırda reanimasiyada olan və süni nəfəs aparatına qoşulan ifaçının bədən nahiyələrinin də yandığı qeyd olunub.
Lenta.ru yazır ki, ikimərtəbəli evdə baş verən yanğına səbəb söndürülməmiş siqaret olub.