Olay
Olay

Tiktokerlərin tələbələrlə görüşü tənqid edildi - VİDEO

Tiktokerlərin tələbələrlə görüşü tənqid edildi - VİDEO

Tiktokerlərin Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qonaq dəvət edilməsi birmənalı qarşılanmayıb.

OLAY yazır ki, Nicat Şakirli (Nikosayağı), Sabir Samiroğlu və Zaur İskəndərovun çıxışları sosial mediada yayılıb. Onlarla görüşə gələn tələbələr tiktokerlərə suallar ünvanlayıb.

Nicat Şakirli çıxışı zamanı imtahanda başqa bir nəfərdən yardım almasından, köçürməsindən söz açıb. O, həmçinin dostu Zaur İskəndərovla tanışlıq hekayəsindən də danışıb. Tələbələr bu anları gülüşlə və alqışlarla qarşılayıb.

Sözügedən görüntülər isə sosial mediada etiraza səbəb olub. Şəbəkə istifadəçiləri universitetlərə professorların, elm adamlarının, uğurlu biznesmenlərin dəvət olunmasının tərəfdarı olduğunu bildirib.