Olay
Olay

Azərbaycanlı məşhurlar Türkiyədə mükafat aldı

Azərbaycanlı məşhurlar Türkiyədə mükafat aldı

Ötən gün İstanbulda Türkiyə-Azərbaycan qardaşlıq mükafatlarının təqdimetmə mərasimi keçirilib.

OLAY yazır ki, tədbir Türkiyənin “BHS Group Media” şirkəti və Türkiyə-Azərbaycan Strategiya və İqtisadiyyat Klubunun birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

Bu il dördüncü dəfə baş tutan mərasim “Bir millət, iki dövlət” şüarı altında keçirilib. Həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin birinci ildönümü qeyd olunub.

Gecədə hər iki ölkənin nümayəndələrinə- sənət, idman, siyasət və iş dünyası nominasiyaları üzrə mükafatlar verilib.

Azərbaycandan Xalq artisti Tünzalə Ağayeva, müğənni Aysel Əlizadə, Elçin Cəfərov, rəqqasə Fatimə Fətəliyeva kimi tanınmışlar mükafata layiq görülüb.