Olay
Olay

“Azərbaycandan sanki saç seçirlər” – Sərt tənqid

“Azərbaycandan sanki saç seçirlər” – Sərt tənqid

Bəstəkar-müğənni Murad Arif “Altın Kelebek” mükafatlarını sərt tənqid edib.

OLAY yazır ki, sənətçi mərasimin Azərbaycana qazanc məqsədilə verildiyini bildirib:

“Rəzalətin kiçik forması hələ də davam etməkdədir. “Altın Kelebek” Türkiyədə müxtəlif kateqoriyalarla sənət və sənətçiləri dəyərləndirir. İlin serialı, ilin filmi, ilin mahnısı, klipi, müğənnisi, maqazin verilişi və s. Bu sənət nominasiyalarının içində bir dənə (qazanc yeri kimi) “Azərbaycanın ulduzu” nominasiyası açıblar. Hər il Azərbaycandan sanki saç seçirlər. Eyni kateqoriyada (qadınlı-kişili) müğənni, aktrisa, rəqqasə, aparıcı, bir-birinə aidiyyəti olmayan adamları “soxuşdurmaq”?!

Zənnimcə mən də, Hiss də, konkret bir məsələyə aidiyyəti olmayan bu “təki olsun” kateqoriyasını baykot etməkdə haqlıyıq. “Altın kelebek”, “Azerbaycanın starı” nədi?! Ya Azərbaycanın müğənnisi, aktyoru, modeli, aparıcısı nominasiyası edin, ya da bu rəzaləti hər il yaşatmayın qardaş ölkəyə...”.

Qeyd edək ki, ötən gün Bakıda “Altın Kelebek” tədbiri keçirilib. Dekabrın 4-də isə Türkiyədə keçiriləcək mərasimdə Azərbaycanı Turanə Hüseynli, Ayaz Babayev və Nəzrin təmsil edəcək.

Xatırladırıq ki, Murad Arif 2 il öncə namizəd idi və öz xoşuyla namizədlikdən imtina etdi.