Olay
Olay

Saleh Bağırovdan ağır sözlər!

Saleh Bağırovdan ağır sözlər!

“Bu Dilçilik İnstitutu yerli-dibli ləğv olunmalıdır. Bu nə biabırçılıqdır?! İllərlə yazılışı və deyilişi eyni olan, qəbul olunmuş sözləri necə dəyişmək olar? Bunlar nə yeyir, nə içirlər, yuxuda nə görürlər, gəlib belə səviyyəsiz müzakirələr edirlər?”.

OLAY yazır ki, bu sözləri məşhur aparıcı Saleh Bağırov instaqram hesabında yazıb. İTV-nin siması Dilçilik İnstitutunu sərt bir şəkildə tənqid edib:

“Orada toplaşan insanların böyük əksəriyyətinin dil qüsuru, ləhcəsi, dialekti var. Əvvəlcə bunu aradan qaldırsınlar, sonra başlasınlar guya dil düzəltməyə.

Həmişə demişəm, bu qurum Azərbaycan dilinin bir nömrəli düşmənidir və nöqtə”.

Qeyd edək ki, Dilçilik İnstitutunda keçirilən müzakirələr zamanı “dovşan” sözünün “doşan”, “dofşan” kimi yazılması və səslənməsi ilə bağlı müxtəlif təkliflər səsləndirilmişdi.